İçərişəhərdə partlayışda yaralananların - Adları + Fotolar + Yenilənib

iceriseherde-partlayisda-yaralananlarin
Oxunma sayı: 8174

Bakıda qaz sızmasından partlayış baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

***

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda təcili tibbi yardım avtomobilləri hadisə yerindədir.

Hadisə nəticəsində 3 nəfər yanıq xəsarəti ilə təcili yardımla 5 saylı şəhər xəstəxanasına aparılıb. 2 nəfərə yerində yardım göstərilib.

Ətraflı məlumat veriləcək.

***

Partlayış nəticəsində xəsarət alanların adları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onlar - ev sahibinin atası, 77 yaşlı Vaqif İsmayılovla nəvələri - 14 yaşlı Rəvan və 18 yaşlı Fərid, 42 yaşlı həyat yoldaşı Səidə İsmayılovadır. Yaralılar xəstəxanaya aparılıblar. Xəsarət alan ev sahibi Ceyhun İsmayılova hadisə yerində yardım göstərilib. 

***

Xəstəxanaya yerləşdirilənlərdən ikisinə ambulator yardım göstərilib və evə buraxılıb. Digər 2 nəfər stasionar şöbədə müalicə alır. Vəziyyətləri stabildir.