İcra başçısı şəhid ailəsini ziyarət etdi - Fotolar

icra-bascisi-sehid-ailesini-ziyaret-etdi
Oxunma sayı: 1749

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn Abdullayev Vüsal Şakir oğlunun əvvəllər yaşadığı evinə gedərək ailəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaq: “Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görülür.

RİH başçısı Onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib.

Şəhid ailəsinin yaşadığı evin şəritsizliyi və təmirsizliyi nəzərə alınaraq mənzildə əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Həmçinin Abşeronda Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Salahov Nicat Fikrət oğlunun anadan olmasının 22-ci ildönümü qeyd edilib.

Şəhidin ailə üzvlərilə birgə şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.