Bu gün Gəncədə yanğın hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Yeni Gəncə yaşayış massivində yerləşən və ləğv olunmuş Nizami Rayon İcra Hakimiyyətinin binasında anidən yanğın olub. Yanğın binada hazırda Nizami Rayon Bələdiyyəsinin yerləşdiyi mərtəbədə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib və yanğının genişlənməsinin qarşısı alınıb.
***
FHN-dən bildirilib ki, beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində ümumi sahəsi 6 m² olan elektrik otağında 1 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər