İctimai Palatanın nümayəndələri isə heç nədən xəbərsiz bugünkü Koordinasiya Şurasının növbəti iclasını keçiriblər.
“Qafqazinfo” Ərəstun Oruclunun istefası və onun İctimai Palata ilə hakimiyyət arasında müəyyən anlaşmalar var iddiasına aydınlıq gətirmək üçün Koordinasiya Şurasının üzvlərinin fikirlərini öyrənib.
Gözəl Bayramlı bildirib ki, o, Ərəstun Oruclunun ittihamları ilə razı deyil: “İctimai Palata ilə hökumət arasında hər hansı bir anlaşmadan söhbət gedə bilməz. Mən bu ittihamı doğru hesab etmirəm”. G. Bayramlı onu da qeyd edib ki, əgər Ərəstun Oruclu istefa veribsə, bu onun şəxsi işidir: “Mən onun qərarına hörmət edirəm”.
Pənah Hüseyn isə bu istefaya ancaq təəssüfləndiyini deməklə kifayətlənib.
Gülnar
Son xəbərlər
Son Xəbərlər