İki ölkədə 150-yə yaxın insan daşqınların qurbanı oldu - Video + Fotolar

iki-olkede-150-ye-yaxin-insan-dasqinlarin-qurbani-oldu
Oxunma sayı: 1041

Hindistan və Nepalda daşqınlar nəticəsində 150-yə yaxın insan həlak olub.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, güclü yağış Hindistanın Kerala ştatında daşqınlara səbəb olub, nəticədə 39 nəfər həlak olub.

Məlumata əsasən, Uttarakhande ştatında təqribən 50 nəfər daşqınların qurbanı olub. Nepalda isə 77 nəfər torpaq sürüşməsi və daşqınlar səbəbindən həlak olub.

Bildirilir ki, hər iki ölkədə onlarla insan təbii fəlakət nəticəsində itkin düşüb. Həmçinin daşqın nəticəsində evləri su basıb, məktəblər bağlanıb. Bununla yanaşı, dini və turistik fəaliyyətlər dayandırılıb.