İkinci dozadan 6 ay keçibsə, pasportunuz ləğv ediləcək

ikinci-dozadan-6-ay-kecibse-pasportunuz-legv-edilecek
Oxunma sayı: 9516

“Tədqiqatlar göstərir ki, ikinci dozadan 4 ay sonra vaksinin qoruyuculuğu azalmağa başlayır. Buna görə də üçüncü, buster doza vurulmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, fevralın 15-dən sonra COVID-19 pasportlarının müddəti 6 ay müəyyən olunur: “İkinci dozadan 6 ay sonra pasport vaxtı keçmiş hesab olunur.

Yəni ikinci dozadan 6 ay sonra vaxtı bitmiş pasportla müəyyən edilən yerlərə daxil olmaq mümkün olmayacaq. Bunun üçün də buster dozadan istifadə etmək tövsiyə olunur. Fevralın 15-dək bütün vaksin pasportları qüvvədədir. Kimdəsə ikinci dozadan sonra müddət 6 aya yaxınlaşırsa təcili olaraq üçüncü doza vurmağa çağırırıq".

O, əlavə edib ki, üçüncü doza-buster dozadan sonra vaksin sertifikatı müddətsiz olur.

Murad Əhməd