İldırımzadənin bacısı oğlu rəis təyin edildi

ildirimzadenin-bacisi-oglu-reis-teyin-edildi-
Oxunma sayı: 14957


Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub. 

“Qafqazinfo” xəbər verir ki, Report-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, nazir general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəsi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal RPİ-nin İstintaq şöbəsinə rəis təyin olunub. 

Nazirin digər əmri ilə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər RPİ-nin İstintaq şöbəsinə rəis təyin edilib. DİN-in mətbuat xidməti faktı təsdiqləyib.

Milli.Az-ın məlumatına görə, Erol Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur. İldırımzadənin özü isə Ramil Usubovun qudasıdır.