İlham Əliyev ailəsi ilə Natəvanın sarayında

İlham Əliyev ailəsi ilə Natəvanın sarayında
Oxunma sayı: 2293

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla və Arzu Əliyevalar mayın 12-də Şuşada xan qızı Natəvanın sarayına baxış keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, Şuşa şəhərində Xan qızı Natəvanın evi də işğal dövründə dağıdılıb.

Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi Xan qızı Natəvanın evində fəaliyyətə başlamışdı.

XVIII əsrə aid tarix-memarlıq abidəsi erməni vəhşiliyinin, vandalizminin qurbanı olub.

Dövlət başçısına məlumat verilib ki, işğal zamanı binaya dəyən ziyanın qiymətləndirilməsinə artıq başlanılıb. Bu prosesdən sonra burada bərpa işlərinə start veriləcək.