İlham Əliyev “ASAN Kommunal”ın açılışında - Fotolar

ilham-eliyev-asan-kommunalin-acilisinda
Oxunma sayı: 5822

Dekabrın 28-də prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra dövlət başçısı səyyar “ASAN qatar” ilə tanış olub.

Məlumat verildi ki, səyyar “ASAN qatar”ları ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.