İlham Əliyev başsağlığı verdi

ilham-eliyev-bassagligi-verdi
Oxunma sayı: 2504


“Qafqazinfo” AzerTac-a istinadən xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ananız Səkinə Peyvəndinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”