İlham Əliyev özünə 5 yeni köməkçi təyin etdi - Siyahı

ilham-eliyev-ozune-5-yeni-komekci-teyin-etdi
Oxunma sayı: 2127

Azərbaycan prezidenti İlham Əliyev Prezident Administrasiyasında dəyişikliklər edib.

“Qafqazinfo” haqqın.az-a istinadən xəbər verir ki, Administrasiyanın yeni strukturuna əsasən, prezidentə 5 yeni köməkçi təyin edilib.

Onlar prezidentin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov, ərazi-təşkilati məsələləri üzrə köməkçisi Zeynal Nağdalıyev, xarici siyasət üzrə köməkçisi Novruz Məmmədov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və katibliyin rəisi Dilarə Seyidzadədir. 

Qeyd edək ki, daha əvvəl prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev idi.