İlham Əliyev Tokayevə başsağlığı verdi

ilham-eliyev-tokayeve-bassagligi-verdi
Oxunma sayı: 4021

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç.

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”