İlham Əliyevlə Paşinyanın müzakirəsi başa çatdı - Video+Fotolar+Yenilənib

ilham-eliyevle-pasinyanin-muzakiresi-basa-catdi
Oxunma sayı: 11648

Prezident İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Münxen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında məlumat yayıb.

***

Azərbaycan Prezidenti və Ermənistanın Baş Naziri Münxen təhlükəsizlik konfransı çərçivəsində təkbətək görüşdən sonra birgə paneldə çıxış edirlər.

***

İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi başa çatıb.