“İlhamənin yerini heç kim verə bilməz” - Flora Kərimova

“İlhamənin yerini heç kim verə bilməz”
Oxunma sayı: 5954

"Onun ifasını sevirdim. "Yandım elə yandım"ı Şövkət Əlkəbərova da oxumuşdu. Ancaq İlhaməni ifası ayrı idi".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova mərhum Xalq artisti İlhamə Quliyeva barədə danışarkən deyib.

ARB TV-də "Səhər-səhər" verilişində qonaq olan F.Kərimova sağlığında küsülü olduğu İlhamə Quliyevanın yerini heç kimin verə bilməyəcəyini bildirib:

"Doğrudan da mahnılarına möhür qoyan idi. Ancaq sənətkar mənim üçün ayrı şeydir. Sənətkar bütöv bir varlıqdır. Son vaxtlar səsini titrədirdi. Amma onun yerini heç kim verə bilməz".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi