İlk imtahan...

ilk-imtahan
Oxunma sayı: 1815

Martın 10-da Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.

Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.