İlk iş günü hava necə olacaq?- - Proqnoz

ilk-is-gunu-hava-nece-olacaq-
Oxunma sayı: 2354


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti,  gündüz  6-8° isti, Bakıda  gecə 3-5° isti, gündüz 6-8° isti  olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yüksək 773  mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi  rütubət gecə 70-80, gündüz 55-65  faiz  təşkil edəcək.

Bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi,  bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyinin 5-10 m/s olacağı, ayrı-ayrı yerlərdə  arabir güclənəcəyi ehtimalı var. Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz  5-10° isti təşkil edəcək.