“İllərlə ailəsi ilə maraqlanmır, Rusiyadan gələn kimi arvadını öldürür”

illerle-ailesi-ile-maraqlanmir-rusiyadan-gelen-kimi-arvadini-oldurur
Oxunma sayı: 2865

“Azərbaycanda yol-nəqliyyat hadisələrindən sonra ölüm statistikalarında ikinci yeri qadınların öldürülməsi durur”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, şəxsi hesablamalarına görə, orta hesabla götürəndə elə gün olur 7, elə gün olur 2 qadın öldürülür: “Burada təbii ki, TikTok-un, serialların, yeni kommunikasiya vasitələrinin rolu var. Bunun səbəbi ciddi araşdırılmalıdır. Əvvəl belə hallar şəhərdə idisə, indi kəndlərdə də belə çoxdur. Rusiyadan qayıdır, illərlə ailəsi ilə maraqlanmır, amma gələn kimi arvadını öldürür. Bəzi serialların yayımlanması dayandırılmalıdır. Belə seriallar bilməyənlərə də yolunu göstərir”.

Zaur Mirzə