İmamoğlunun azərbaycanlı ilə maraqlı söhbəti - Video

imamoglunun-azerbaycanli-ile-maraqli-sohbeti
Oxunma sayı: 3463

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu feysbuk hesabında azərbaycanlı gənclə dialoqunun yer aldığı videonu paylaşıb.

“Qafqazinfo”nun xəbərinə görə, görüntülərdə həmin şəxs İmamoğlunu qucaqlayaraq “Universtitet məzunuyam. İşsizlikdən hətta, xaricə qanunsuz miqrant olaraq getməyi düşünürdüm. Mənə bu ölkənin vətəndaşı olduğumu hiss etdirdin” deyərək təşəkkür edib.

Eyni zamanda o, qeyd edib ki, İstanbulda bələdiyyə seçkiləri zamanı heç bir partiyanın üzvü olmadığı təqdirdə CHP-yə üzv olub.