“İmişli”nin prezidenti Kamran Eyyubov müsahibə verib.
“Qafqazinfo” Futbolpress.az-a istinadən xəbər verir ki, bir çox məsələlərə toxunan klub rəhbəri rəqiblərin mövsümboyu narazılıq etdiyi, komandasının oynadığı Quba stadionu ilə bağlı da danışıb:
“Düzünü deyim? Çox hirslənirdim. Emosional insanam, mənə təsir edirdi. Məsələn, Qurban Qurbanovu hədsiz çox istəyirəm, o, Azərbaycan futbolunun dayağıdır, onun nailiyyətlərini təkrarlamaq üçün illər, əsrlər lazımdır. Amma Qurban Qurbanov Qubanın meydançasından danışanda həmişə qınayırdı. Nələrisə dəyişməyə gücüm çatmır. “İmişli” mənim doğmamdır, övladımdır. Ona söz gələndə qəzəb, aqressiya yaranır. Deyirəm, niyə mən, niyə?!
Heç kəsə pisliyim dəyməyib, ona görə də özümə qarşı anlayış istəmişəm. Bilirsiniz, mən bunu bilərəkdən etmirəm, bilərəkdən Qubanı seçməmişəm. “Nyukasl”la oyundan qabaq səsləndirilən fikirlər pis təsir etdi. İstəyirdim ki, “Qarabağ” “Nyukasl”ı keçsin, bu, Qurbanovun adının süslənməsi olardı. Bircə Rəşad Sadıqov meydançadan danışmamışdı, amma o da son oyunumuzdan sonra danışdı, nə deyim (gülür). Bu arada, Mərkəzi Bankla, Gənclər və İdman Nazirliyi ilə danışmışıq, Quba stadionunda drenaj sistemi qurulacaq”.
Qurban Qurbanov Misli Premyer Liqasının 20-ci turunda “İmişli”ni 1:0 hesabı ilə məğlub etdikləri matçda stadionun vəziyyətinin pis olmasından şikayətlənmişdi: “Meydança yox idi ki... Belə meydançada futbol oynamağa necə icazə verilə bilər, başa düşmürəm” - deyə o açıqlama vermişdi.
Son xəbərlər
Son Xəbərlər