“Elə cütlükdür ki, oradan kimisə özünüzə arzulamırsınız. İmkan olsa, ikisi ilə də oynamazsan (gülür), amma ikisindən biri rəqibimiz olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunda yarımfinalın cavab görüşləri çərçivəsində “Turan Tovuz”la baş tutan matçdan (0:0) sonra təşkil olunan mətbuat konfransında deyib:
“Qarabağ”ın final və titul təcrübəsi böyükdür. “Sabah” isə bu mövsüm çempionluğa oynayır. Keçən il isə kuboku qazanıblar. Ona görə də indidən kimisə arzulamaq ürəyimdən keçmir. Xeyirlisi nədirsə, o da olsun”.
Son xəbərlər
Son Xəbərlər