“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

four-seasonsda-genismiqyasli-tehsil-sergisi-kecirilecek
Oxunma sayı: 396

LANDAU School və Leznik & Co. şirkətlərinin birgə təşəbbüsü olan “9–11 Hazırlıq Məktəbi” layihəsi çərçivəsində yuxarı sinif şagirdlərinin valideynləri üçün genişmiqyaslı Təhsil Sərgisi təşkil olunur.

“Bir addım öndə” şüarı ilə keçiriləcək tədbir 25 aprel tarixində Four Seasons Hotel Baku-da baş tutacaq.

Təhsil sərgisinin əsas məqsədi valideynlərə övladlarının akademik gələcəyini düzgün planlamaqda dəstək olmaq, onları aktual təhsil imkanları ilə tanış etmək və ən çox maraq doğuran suallara peşəkar səviyyədə cavab verməkdir. Tədbir çərçivəsində iştirakçılar orta məktəbin son illərində effektiv hazırlıq modelləri, universitetlərə qəbul strategiyaları, beynəlxalq təhsil imkanları və karyera planlaması barədə dolğun məlumat əldə edəcəklər.

Sərgi zamanı “9–11 Hazırlıq Məktəbi”nin innovativ və nəticəyönümlü təhsil modeli təqdim olunacaq. Bu model yuxarı sinif şagirdlərinin həm akademik, həm də strateji hazırlığını sistemli şəkildə qurmağa yönəlib.

Eyni zamanda tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Türkiyə və digər ölkələrin aparıcı universitetləri və beynəlxalq proqramları təqdim ediləcək. NCUK və YÖS kimi proqramların nümayəndələrinin də iştirakı gözlənilir.

Tədbirin xüsusi qonaqlarından biri, LANDAU Education Group-un təsisçisi və Leznik & Co.-nun akademik rəhbəri Emil Leznik olacaq. O, çıxışı zamanı valideynlər üçün aktual olan mövzulara toxunaraq praktiki tövsiyələrini bölüşəcək.

Təhsil sərgisində iştirak ödənişsizdir.

eyd edək ki, tədbirdə iştirak üçün öncədən qeydiyyat mütləqdir. İştirak etmək istəyən valideynlər qeydiyyatdan keçmək üçün təqdim olunan link vasitəsilə müraciət edə bilərlər.

Övladının təhsil gələcəyini bu gündən planlamaq və beynəlxalq standartlara uyğun, etibarlı məlumat əldə etmək istəyən bütün valideynlər tədbirə dəvət olunur.

Qeydiyyat üçün:
https://shorturl.at/rAus3