“Grow Group Azerbaijan” fermerlər üçün seminar təşkil etdi - Fotolar

grow-group-azerbaijan-fermerler-ucun-seminar-teskil-etdi
Oxunma sayı: 381

İstixana sektorunda ölkənin ən güclü tədarükçü şirkəti olan “Grow Group Azerbaijan” şirkəti dünyanın qabaqcıl gübrə istehsalçılarından biri olan “Yara International ASA” şirkətinin ölkəmizdə rəsmi distribütoru olaraq, tərəfdaşlıq çərçivəsində Zirə Mədəniyyət Mərkəzi – Eko Park ərazisində ixtisaslaşmış seminar təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, seminarda Azərbaycanın müxtəlif bölgələrindən olan, istixana və açıq sahə üzrə fəaliyyət göstərən fermerlər iştirak edib.

Tədbirdə həmçinin “Yara” şirkətindən dəvət olunmuş Şərqi Avropa və MDB ölkələri üzrə beynəlxalq mütəxəssislər iştirak edərək, müasir gübrə həlləri, məhsul qidalanmasında tətbiq olunan yeniliklər və real nəticələrə əsaslanan praktik yanaşmalar barədə təqdimatlarla çıxış ediblər.

Seminarın əsas məqsədi fermerlərin məhsuldarlığının artırılması, tətbiq edilən texnologiyaların effektivliyinin yüksəldilməsi və aqrar sahədə innovativ yanaşmaların təşviqi olub.