Gəncədə qadına balta ilə xəsarət yetirildi - Saxlanılan var - Yenilənib

gencede-qadina-balta-ile-xesaret-yetirildi
Oxunma sayı: 1215

Gəncədə qadına balta ilə xəsarət yetirilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Sevda Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata görə, qadına xəsarəti əri yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 45 yaşlı Zöhrab Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.

Yunis Quliyev