Vens İranla danışıqlar aparmaq üçün Pakistana getməyəcək - KİV

vens-iranla-danisiqlar-aparmaq-ucun-pakistana-getmeyecek
Oxunma sayı: 269

ABŞ vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik etməli olduğu Pakistana səfərini ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Associated Press” (AP) ABŞ rəsmisinə istinadən məlumat yayıb.

“Vitse-prezident Vensin potensial danışıqlar üçün Pakistana səfəri təxirə salınıb”, - nəşr bildirib.

Qeyd edək ki, sabah Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında danışıqların ikinci raundunun keçirilməsi planlaşdırılır.