İmsakdan iftara kimi tox saxlayan - Qidalar

imsakdan-iftara-kimi-tox-saxlayan
Oxunma sayı: 7297

Ramazanın ilk günlərində oruc tutanlar üçün ən vacib məsələlərdən biri də imsakda qəbul etdiyimiz qidalardır. Çünki təxminən 15 saat oruc zamanı bizi tox saxlayacaq qidaları seçim etmək çox vacibdir. 

“Qafqazinfo” insanı uzun müddət tox saxlaya biləcək qidaları təqdim edir:

İmsakda mədəni gec tərk edən, qan şəkərinə təsir etməyəcək məhsullara üstünlük verilməlidir.

Yumurta 

Yumurta keyfiyyətli protein qaynağıdır. Protein isə daha uzun müddət tox saxlayır.

Qoz və fındıq

 Qoz və fındıq kimi çərəzlər mədədən keçidi ləngidir və uzun müddət toxluq hissi yaradır.

Paxlalı bitkilər

Paxlalı bitkilər qan şəkərini nəzarətdə saxlamağa kömək edir.

Badam

Proteinlə zəngin olan məhsullardan biri də badamdır.

Qara buğda 

Qara buğda maqnezium və B vitamini mənbəyidir. Həm tox saxlayır, həm də çəki artırmır.

Qatıq 

Qatıq faydalı bakteriyaları artırır, yüksək təzyiqə müsbət təsir edir.  

Avakado

Avakado doymamış yağ asitləri sayəsində uzun müddət toxluq hissi yaradır. 

Banan  

Banan insanı uzun müddət tox saxlaya biləcək ən tutumlu meyvələrdəndir.

Süd
Süd kalsium və D vitamini qaynağı olduğu üçün imsaqda 2 stəkan içmək məsləhətdir.

Yulaf 

Yulaf əzməsi tərkibindəki az şəkər və bol liflər sayəsində saatlarla tox saxlayır.