İnarə Vəliyeva sədr müşaviri oldu

inare-veliyeva-sedr-musaviri-oldu
Oxunma sayı: 7889

“Bakı Metropoliteni”ndə yüksək vəzifəyə təyinat olub.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, İnarə Vəliyeva "Bakı Metropoliteni" QSC-nin sədr müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İnarə Vəliyeva bu təyinata qədər 2023-cü ildən Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri vəzifəsini icra edib.

İnarə Vəliyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.