İndi də futbolun adını dəyişmək istəyir

indi-de-futbolun-adini-deyismek-isteyir
Oxunma sayı: 5833

ABŞ Prezidenti Donald Tramp ölkəsində futbolu ifadə etmək üçün istifadə olunan sözü dəyişdirmək haqqında fərman imzalaya bilər.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə DAZN telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz bunu edə bilərik”, - deyə Tramp idman növünün adının dəyişdirilməsi ilə bağlı suala cavab verib.

Qeyd edək ki, əksər ingilisdilli ölkələrdə futbol “football” sözü ilə ifadə olunur. ABŞ-də isə bu idman növünün ingilis dilində rəsmi adı “soccer”dir.