Neapol-Bakı Assosiasiyasının vitse-prezidenti, jurnalist Elnur Camalxanovun Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu haqda məqaləsi İtaliyanın tanınmış ictimai-siyasi portalları tərəfindən də maraqla qarşılanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz iqtisadiyyatın digər sektorlarında olduğu kimi, nəqliyyat sahəsində də inklüziv və dayanıqlı inkişafa nail olub. Hazırda 7,1 faizlə nəqliyyat və anbar təsərrüfatı Ümumi Daxili Məhsulun strukturunda üçüncü ən böyük sektordur. 2025-ci ildə nəqliyyat sektorunda 9 milyard 166 milyon manatlıq yeni dəyər yaradılıb. Bu, nəqliyyat sektorunda aparılan islahatların real nəticəsi deməkdir.
Gələn ay Azərbaycan paytaxtı COP-dan sonra dünyanın ikinci ən böyük tədbiri hesab olunan Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək. May ayının 17-dən 22-nədək keçiriləcək forum, qlobal şəhər idarəçiliyi, infrastruktur və dayanıqlı şəhər strategiyalarının müzakirə olunduğu ən nüfuzlu platformalardan biridir. Bakı isə WUF13-də iştirakçıları tam hazır, mərkəzləşmiş və koordinasiyalı nəqliyyat sistemi ilə qarşılayaraq, hər detaldan maksimum səmərə əldə etməyə hazırdır.
İlk olaraq İtaliyanın tanınmış rusdilli LanostraGazzetta ( https://lanostragazzetta.ru/%d0%b1%d0%b0%d0%ba%d1%83-%d0%b3%d0%be%d1%82%d0%be%d0%b2%d0%b8%d1%82%d1%81%d1%8f-%d0%bf%d1%80%d0%b8%d0%bd%d1%8f%d1%82%d1%8c-%d0%b2%d1%81%d0%b5%d0%bc%d0%b8%d1%80%d0%bd%d1%8b%d0%b9-%d1%84%d0%be%d1%80/?amp=1 ) saytında yayımlanan məqalədə Bakı şəhərinin nəqliyyat sisteminin uzun illərin təcrübəsi və beynəlxalq tədbirlərdə qazanılmış dərslər sayəsində inkişaf etdirildiyinə də toxunulub.
Vurğulanıb ki, xüsusilə COP29 və digər qlobal forumlarda əldə edilmiş təcrübələr, şəhərin nəqliyyat infrastrukturu və xidmətlərinin peşəkarlıqla planlaşdırılmasına və optimallaşdırılmasına yönəldilib. Bu təcrübələr Bakı şəhərinə imkan verir ki, WUF13-də qonaqlara rahat, təhlükəsiz və sürətli nəqliyyat imkanları təqdim etsin, həmçinin şəhərin beynəlxalq arenada imicini gücləndirsin.
Bakı nəqliyyat sistemi, AYNA, AZCON ailəsinə daxil olan “Bakı Taxi”, “Baku Bus”, o cümlədən “Bakı Metropoliteni” və digər əlaqəli qurumların əməkdaşlığı ilə mərkəzləşmiş bir koordinasiya platformasında işləyir. Hər bir qurum əməliyyat komitəsi ilə sinxron şəkildə fəaliyyət göstərir, şəhərin müxtəlif zonalarında nəqliyyat axını optimallaşdırılır, həm ictimai nəqliyyatın, həm də taksi xidmətlərinin fəaliyyəti maksimum səmərəli hala gətirilir. Bu yanaşma, təkcə yerli sakinlər üçün deyil, həm də xarici qonaqlar üçün rahat və planlı nəqliyyat təcrübəsi təmin edir.
Forum zamanı Bakı şəhərinin yolları, avtobus marşrutları, taksi stansiyaları və digər nəqliyyat infrastrukturu əvvəlcədən planlaşdırılıb.
Hər bir detal sıxlıq analizi, marşrut planlaması, yol nişanları və elektron göstəricilər əməliyyat komitəsinin nəzarəti altında hazırlanır. Bu, şəhərin nəqliyyat sisteminin həm funksional, həm də vizual cəhətdən qonaqlar üçün əlçatan və rahat olmasını təmin edir.
“Baku Taxi” və “BakuBus” xidmətləri, forum iştirakçılarının əsas nəqliyyat ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlıqlar görüb.
“Baku Taxi”, həm şəhər daxilində qısa məsafəli səyahətlər üçün, həm də qonaqların otellərdən forum mərkəzlərinə rahat daşınması üçün hazırdır. BakuBus isə qlobal standartlara uyğun, dəqiq cədvəllər və qabaqcadan optimallaşdırılmış marşrutlar ilə xidmət göstərir. Xarici qonaqlar üçün həm mobil tətbiqlər, həm də fiziki informasiya lövhələri vasitəsilə hər bir marşrut və dayanacaq barədə məlumat təmin olunur.

Bakı şəhərinin mərkəzləşmiş nəqliyyat sistemi yalnız texniki hazırlıqla məhdudlaşmır. Burada insanların rahatlığı, xidmətdə səmimiyyət və qonaqpərvərlik də ön plandadır. Hər bir dayanacaq, hər bir avtobus stansiyası, hər bir taksi xidməti qonaqların məmnuniyyətini qazanmaq üçün nəzərdə tutulub. Bu yanaşma, şəhərin yalnız fiziki infrastrukturunu deyil, həm də xidmət keyfiyyətini beynəlxalq standartlara uyğunlaşdırır.
Nüfuzlu politicamentecorrette mətbu dərgisində də (https://www.politicamentecorretto.com/2026/04/03/sistema-di-trasporto-inclusivo-nuove-opportunita-e-prospettive-per-wuf13/) bildirilib ki, bütün bu hazırlıq və koordinasiya, WUF13-də Bakı şəhərinin mükəmməl bir ev sahibi kimi təqdim olunmasına zəmin yaradır. Forum iştirakçıları həm şəhərin zəngin mədəniyyətini və tarixi yerlərini kəşf edə biləcək, həm də rahat, təhlükəsiz və sürətli gediş gəliş imkanlarından faydalana biləcəklər. Bakı, həm yerli sakinlər, həm də qlobal qonaqlar üçün mərkəzləşmiş, koordinasiyalı və mükəmməl nəqliyyat sistemi nümunəsi yaradıb..
Məqalə “kmetro0” xəbər portalının da (https://kmetro0.eu/2026/04/03/azerbaigian-il-sistema-di-trasporto-inclusivo-offre-nuove-opportunita/ ) diqqətini cəlb edib.
Beləliklə, Bakı şəhəri WUF13-ə tam hazırdır. Köhnə təcrübələrdən qazanılan vərdişlər, peşəkar əməliyyat komitəsi, planlı icra, AYNA, “Baku Taxi”, “BakuBus” və “Bakı Metropoliteni”nin koordinasiyası ilə bütün nəqliyyat elementlərinin sinxron işləməsinə imkan yaratmaqdadır. Forum iştirakçıları və qonaqlar pozitiv, stressiz və mükəmməl bir təcrübə ilə şəhəri kəşf edə biləcəklər. Bakı, WUF13-də nəqliyyat sahəsindəki hazırlığı ilə beynəlxalq səviyyədə nümunə göstərməyə hazırdır. Bu Azərbaycanın inkişaf etmiş potensial və imkanlarını yenidən təqdim etməsinə şərait yaradacaq.