İnquşetiyada avtomobil atəşə tutuldu - Ölən var + Video

inqusetiyada-avtomobil-atese-tutuldu
Oxunma sayı: 2127

İnquşetiyanın Nazranovsk rayonunda naməlum şəxslər avtomobili atəşə tutub. “Qafqazinfo” “REN TV”yə istinadən bildirir ki, hadisə nəticəsində avtomobildə olan ailə başçısı – Adam Auştov dünyasını dəyişib.

Kişinin anası və həyat yoldaşı xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

İnsidentlə bağlı araşdırma aparılır. Polislər hücum edənləri axtarır.