İntihara cəhd edən məktəbli ilə bağlı - Təhsil Şöbəsindən açıqlama

intihara-cehd-eden-mektebli-ile-bagli
Oxunma sayı: 4994

Abşeron Rayon Təhsil Şöbəsi intihara cəhd etdiyi deyilən məktəbli ilə bağlı açıqlama yayıb.

Şöbənin İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Aysel Tahirova “Qafqazinfo” açıqlamasında bildirib ki, sentyabrın 30-da ayağından zədə alan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nuriyev Zahid bütün müayinələrdən keçdikdən sonra dünən səhər saatlarında evə buraxılıb.

“Həkim rəyinə əsasən, Nuriyev Zahid gələn həftədən etibarən məktəbdə dərslərinə davam edə bilər”, - deyə A. Tahirova vurğulayıb.

Qeyd edək ki, 5-ci sinif şagirdi olan Nuriyev Zahidin iki aldığına intihara cəhd etdiyi deyilir. Hadisə yerindən çəkilmiş videonu məktəblinin valideyni yayıb: