İqtisadiyyata daha bir zərbə - Neft qadağası ləğv edilir

iqtisadiyyata-daha-bir-zerbe-
Oxunma sayı: 6685

ABŞ Konqresinin Nümayəndələr Palatası xam neft ixracına olan 40 illik qadağanın ləğvi barədə qanun layihəsini bəyənib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, qanunun qüvvəyə minməsi üçün Senatda müzakirələr aparılmalı, sonra Prezidentin icazəsi alınmalıdır.

Ağ Ev nümayəndələri artıq bəyan ediblər ki, Barak Obama bu tədbirləri dəstəkləyir.

“Qafqazinfo” xatırladır ki, mütəxəssislərin anonslarına görə, ABŞ-ın neft ixracatına qoşulması dünyadakı iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu qərar Azərbaycana da təsirsiz ötüşməyəcək. 2 gün öncə dolların uçot dərəcəsinin 0,25-dən 0,5-ə artırılmasından sonra neft amilinin də ikinci devalvasiya tarixini yaxınlaşdıracağı deyilir.