“Qafqazinfo”nun məlumatına görə, müğənni açıqlamasında bayramı ailəsi ilə birlikdə Türkiyədə qarşılayacağını bildirib:
“Bayram payım ötən həftədən artıq Bakıdan göndərilib. Bacım Nigar və həyat yoldaşı Ruslan Sanıyev də yanıma gəliblər, bayramı ailəlikcə qeyd edəcəyik. İpək 3 yaşını geridə qoyub və bayram anlayışı var. Səməninin nə üçün yetişdirildiyini bilir. Bakıdan nənəsi bizə paxlava, şəkərbura, qoğal göndərib. Onların da bayram süfrəsinə qoyulmalı olduduğunu demişəm. Bayramımız arzuladığımdan gözəl keçəcək. Bakıdakı kimi tonqal ətrafına toplanıb, qapıya papaq atanlara sovqat paylaya bilməsəm də, adət-ənənələrimizə evimdə əməl etməyə çalışıram”.