İran nümayəndə heyəti danışıqlar üçün İslamabada gedib - Video

iran-numayende-heyeti-danisiqlar-ucun-islamabada-gedib
Oxunma sayı: 541

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada gedib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb.

Nümayəndə heyətinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquqi məsələlər komitələrinin nümayəndələri daxildir.

“Əgər qarşı tərəf İranın danışıqlara başlamaq üçün ilkin şərtlərini qəbul edərsə, bu danışıqlar başlayacaq”, - agentlik vurğulayıb.