İrana qarşı sanksiyaların müddəti artırıldı

irana-qarsi-sanksiyalarin-muddeti-artirildi
Oxunma sayı: 631

Avropa Birliyi İranda insan haqqları ciddi şəkildə pozulduğuna görə bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların müddətini artırıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, sanksiyalar 2018-ci il aprelin 13-nə qədər uzadılıb. 

Sanksiya 1 şirkət və 82 nəfərə şamil olunub.

Qeyd edək ki, İrana qarşı sanksiyalar ölkədə mitinq iştirakçıları, jurnalistlər və insan hüquqlarını müdafiə edən şəxslər təzyiq altında saxlanıldığına görə 2011-ci ildən tətbiq olunmağa başlayıb.