İranda etirazçılara atəş açıldı

iranda-etirazcilara-ates-acildi
Oxunma sayı: 2823

İranda polislər etiraz aksiyası iştirakçılarını dağıtmaq üçün onlara atəş açıb. “Qafqazinfo” bildirir ki, bu barədə jurnalist Babək Taqvey Tvitter hesabında məlumat verib.

Taqveyin sözlərinə görə, polislərdən biri avtomatla insanlara atəş açıb və daha sonra həmkarı ilə qaçmağa başlayıb. Bundan bir neçə dəqiqə əvvəl isə həmin polislər iki silahsız nümayişçini güllələyib.  

Qeyd edək ki, hökümət əleyhinə olan etiraz aksiyalarının əsas səbəbi ölkədə yanacağın qiymətinin artmasıdır. Bundan başqa, etirazçılar dövlətin xarici islam hərəkatlarını, xüsusilə də Fələstinin HƏMAS qruplaşmasını, dəstəkləməsindən narazıdır.