Son 24 saat ərzində İranda yeni tip koronavirusdan daha 147 nəfər ölüb. Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 1135-ə çatıb.
“Qafqazinfo”nun xəbərinə görə, İranda yeni 1192 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 17,361 fakt təşkil edir.
5,389 nəfər xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər