İranda koronavirusdan ölənlərin sayı 4 minə çatdı

İranda koronavirusdan ölənlərin sayı 4 minə çatdı
Oxunma sayı: 747

İranda son 24 saat ərzində 121 nəfər Covid-19-dan dünyasını dəyişib.

“Qafqazinfo” “İRNA” agentliyinə istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 min 993 nəfərə çatıb. Yoluxanlar isə 64 min 586 nəfərdir (1997 artım).

Xatırladaq ki, “İRNA” bir qədər əvvəl ölənlərin sayını 4003 olaraq açıqlasa da, daha sonra bu rəqəmlərə düzəliş edilib. Hazırda bu rəqəm 3 min 993 kimi qeyd olunub.

Qeyd edək ki, İranda koronavirusa ilk dəfə fevralın 19-da Qum şəhərində rast gəlinib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi