İranın cənubundakı Kirman əyalətində güclü yağışlardan sonra baş verən seldə 3 nəfər həyatını itirib.
“Qafqazinfo” İranın İLNA agentliyinə istinadən xəbər verir ki, bu haqda Kirman Qızıl Aypara Cəmiyyətinin direktoru Rza Fellah məlumat verib.
Bölgəyə çoxlu sayda axtarış-xilasetmə qrupunun göndərildiyini bildirən Fellah, suyun boşaldılması və yardım işlərinin davam etdiyini qeyd edib.