İrandakı zəlzələdə 3500 ev dağılıb

irandaki-zelzelede-3500-ev-dagilib
Oxunma sayı: 1291

Yanvarın 28-də İranın Xoy şəhərində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində 3500 evə ziyan dəyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İranın rəsmi xəbər agentliyi İRNA  məlumat yayıb.

Bildirilir ki, Xoy zəlzələsində evləri zərər görən iranlılardan bəziləri idman salonlarına və ictimai binalara yerləşdirilib.

Qeyd edək ki, 70 kəndin dağılmasına səbəb olan zəlzələdə 3 nəfərin öldüyü, 1167 nəfərin yaralandığı açıqlanıb.