Küveyt İranı Milli Qvardiyanın bir neçə əsas obyektinə hücum etməkdə, nəticədə hərbçilərin yaralanmasında ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.
“İranın cinayətkar hücumu nəticəsində Milli Qvardiyaya məxsus həyati əhəmiyyətli obyektlər hədəfə alınıb, nəticədə onun bir neçə hərbçisi yaralanıb (hazırda onlar stabil vəziyyətdə müalicə alırlar) və xeyli maddi ziyan dəyib”, - məlumatda deyilir.
Açıqlamaya görə, son 24 saat ərzində ölkənin hava məkanında 7 PUA aşkar edilərək məhv edilib.
Son xəbərlər
Son Xəbərlər