İranın Baş Qərargah rəisi Rusiyadadır - Video

iranin-bas-qerargah-reisi-rusiyadadir
Oxunma sayı: 2145

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakeri Moskvada səfərdədir.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Bakeri Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Görüşdə Əfqanıstanda baş verən hadisələr, BMT-nin Tehrana qarşı embarqosu bitəndən sonra Rusiya silahlarının alınması ilə bağlı müqavilənin imzalanması məsələsi müzakirə olunub.