İranın Londondakı səfiri XİN-ə çağırıldı

iranin-londondaki-sefiri-xin-e-cagirildi
Oxunma sayı: 1122

İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninejad ölkədə insan hüquqlarının pozulması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, görüş zamanı Bəninejada İngiltərənin İranda insan haqlarının ciddi şəkildə pozulması ilə bağlı narahatlığını əks etdirən bir məktub verilib.

Məktubda İranın həbs siyasətinin beynəlxalq aləmdəki mövqeyini ciddi şəkildə sarsıtdığı deyilir. Bildirilib ki, ikili vətəndaşlar da daxil olmaqla İngiltərə vətəndaşları çox vaxt sərt şərtlər altında və heç bir əsas olmadan İran həbsxanalarında cəza çəkirlər. Onların özbaşına tutulduqları və ailələri ilə görüşmək hüquqlarının olduğu vurğulanıb.

Məktubda, həmçinin İran sərhədləri daxilində insan haqlarını müdafiəçilərə qarşı davam edən təqiblərdən, media və mədəniyyət təşkilatlarına və işçilərinə edilən təzyiqlərdən narahatlıq ifadə edilib.

Qeyd edək ki, İranın Paris və Berlindəki səfirləri də bu həftə müvafiq ölkələrin XİN-lərinə çağırılıb.