İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etdi

iranla-emekdasliq-eden-olkelere-25-faiz-rusum-tetbiq-etdi
Oxunma sayı: 364

“İranla əməkdaşlıq edən bütün ölkələrə 25 faizlik gömrük rüsumları tətbiq olunacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə bütün növ əməliyyatlara 25% rüsum ödəyəcək”, - deyə ABŞ prezidenti bildirib.

Tramp qeyd edib ki, qərar dərhal qüvvəyə minəcək və bu sərəncam qətidir.