Araz üzərindəki bəndlərin təhlükəsizliyi Azərbaycana həvalə edildi

Araz üzərindəki bəndlərin təhlükəsizliyi Azərbaycana həvalə edildi
Oxunma sayı: 2794

İranla sərhəddə Araz çayı üzərində su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmin olunması Azərbaycana həvalə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin tvitter hesabında məlumat paylaşılıb.

Bildirilib ki, məsələ ilə bağlı İran və Azərbaycan sərhəd qoşunları komandanları müavinlərinin iclası keçirilib.

İclasda sərhəd Araz çayı üzərindəki müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan sərhədçilərinə həvalə olunub.