İraqda 5 PKK-lı məhv edildi

iraqda-5-pkk-li-mehv-edildi
Oxunma sayı: 751

İraqın Haftanin bölgəsində hücuma hazırlaşan 5 PKK-lı terrorçu məhv edilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

“İraqın şimalında Pəncə-3 hərəkatı çərçivəsində Haftanin bölgəsində 5 nəfər PKK-lı zərərsizləşdirilib. Əməliyyatlar fasiləsiz davam etdiriləcək”.