İrəvanda azyaşlı uşaq girov götürüldü - Yenilənib

irevanda-azyasli-usaq-girov-goturuldu
Oxunma sayı: 1791

İrəvanda azyaşlı bir uşaq axtarışda olan cinayətkar tərəfindən girov götürülüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polisə təslim olmaqdan imtina edən cinayətkar azyaşlı bir uşağı girov götürərək cinayət məsuliyyətindən yayınmağa çalışıb.

Qeyd olunub ki, polis rəisinin birinci müavini Aram Ovannisyan, İrəvan polisinin rəisi Sevan Köçəryan hadisə yerindədir.

***

Son məlumatlara görə, hüquq-mühafizə əməkdaşları cinayətkarı saxlamağa müvəffəq olublar.

Əməliyyatın təfərrüatı və uşağın vəziyyəti barədə ətraflı məlumat verilməyib. Hadisə yerinə müstəntiqlər cəlb olunub.