İrina Şeyk Kanye Uestlə sevgilidir - Fotolar

İrina Şeyk Kanye Uestlə sevgilidir
Oxunma sayı: 4327

Uzun müddət məşhur futbolçu Kriştianu Ronaldo, daha sonra aktyor Bredli Kuperlə sevgili olan və Leya adlı qızı dünyaya gələn tatar əsilli rus model İrina Şeyk repçi Kanye Uestlə sevgilidir.

“Qafqazinfo” xəbər verir ki, bir müddətdir Amerika KİV orqanları tərəfindən iddia edilən münasibət öz təsdiqini tapıb.

Porno ulduz Kim Kardaşyanla hələ də rəsmi nikahda olan 4 uşaq atası Kanye və İrinanın bir arada olarkən çəkilən fotoları ortaya çıxıb. Belə ki, repçi 44-cü yaşını Fransada Şeyklə birgə keçirib. Həmin görüntülər “Daily Mail” qəzeti tərəfindən ictimaiyyətə təqdim olunub.