İş adamından qızına 28 milyonluq toy hədiyyəsi - Fotolar

is-adamindan-qizina-28-milyonluq-toy-hediyyesi
Oxunma sayı: 11601

Türkiyəli iş adamı, milyarder Ali Ağaoğlu qızı Senaya verdiyi toy hədiyyəsi ilə müzakirələrə səbəb olub.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, “Ağaoğlu şirkətlər qrupu”nun İdarə Heyətinin rəhbəri bu gün Çırağan Sarayında toyu keçirilən qızına Batı Ataşehirdə 28 milyon lirə dəyərindən olan 400 m²-lik villa hədiyyə edib.

Gecədə diqqət çəkən digər məqamlar isə Senanın gəlinliyinin və toy tortunun böyüklüyü olub.

Qeyd edək ki, S. Ağaoğlunun bir neçə gün öncə keçirilən xına gecəsindən fotolar da mətbuatda yayılıb.