“İslam Partiyası müəyyən stereotipləri dağıtsa…”

islam-partiyasi-mueyyen-stereotipleri-dagitsa
Oxunma sayı: 706

- İlyas müəllim, əvvəlcə İslam dininə bağlı, inanclı vətəndaşların aktiv siyasətlə məşğul olmalarına münasibətinizi bilmək istərdik.

-Azərbaycan Konstitusiyasına görə hər bir vətəndaşin siyasi fəaliyyətlə məşğul olmaq huququ var, o cümlədən də inanc sahiblərinin. Mən dəfələrlə bəyan etmişəm ki, kamil, dərin əxlaq və mənəviyyat sahibi olan inanc sahibləri cəmiyyətimizə işiq qətirir və dovlətimizin dayağıdırlar. Kamil inanc sahiblərinin təfəkkürlərində şəhidlik anlayışı var və onlar Vətən uçün canlarından belə keçməyə hazırdırlar, bunun bariz nümunəsi kimi şəhidimiz Mübariz İbrahimovu qöstərmək olar. Qarabağda şəhid olanlar icərisində inanc sahibləri də çox idi. Odur ki, kamil inanc sahiblərinin siyasətlə məşğul olmaq hüququ var, onlar bu hüquqdan istifadə edib müxtəlif siyasi firqələrdə təmsil olunurlar. Yeri gəlmişkən, Ədalər Partiyasında da iman sahibləri var.

Azərbaycan Konstitusiyasına görə dünyəvi dövlətdir. Hər bir vətəndaşın da dini etiqad azadlığı var. Bunu heç kim inkar edə bilməz. Amma eyni zamanda Аzərbаycаn Kоnstitusiyаsındа dinin dövlətdən аyrı оlduğu da təsbit оlunub. Qeyd edim ki, bu prinsip təkcə bizdə yox, bir çох müsəlmаn ölkələrində mövcuddur. Daha çox da dinin dövlət işlərinə müdахilə еtməməsini nəzərdə tutur. Yəni, dövlət dinə sərbəstlik vеrir və mövcud qаnunlarа əsаsən, vətəndaşların dini hüquqlаrının qоruyucusu rоlundа çıхış еdir.

Ona görə də hesab edirəm ki, dövlət-din münаsibətləri Kоnstitusiyаdа göstərilən müddəаlаr əsаsındа qurulmаlıdır.
Bunu ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar və siyasətlə məşğul olmaq istəyən bütün şəxslər nəzərə almalıdırlar. Əgər İslam Partiyası Konstitusiyanı rəhbər tutursa və orada olan insanlar da Əsas Qanunun müddəalarına əməl edirlərsə, onların fəaliyyət göstərmələri üçün heç bir maneə görmürəm.

- Qərb ölkələrində inanclı xristianların “Xristian-Demokrat Partiyası” kimi siyasi təşkilatları fəaliyyət göstərir. Ölkəmizdə də “İslam” adı ilə qanunvericilik çərçivəsində, demokratik ənənələrə uyğun partiyanın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Yaradan buyurub ki , İman Mənim sevdiyim bəndələrimə bəxşimdir. Allah istəsə hamı iman sahibi olar. Möhtəşəm “Ayatul kursi”də də buyurulub ki ,dində məcburiyyət yoxdur. Buna görə hesab edirəm, İslam şuarlarda yox, insanların daxili aləmlərində və həyat tərzlərində olmalıdır. Təbii, bizlər də İslamın kamil, işiqlı dəyərlərini təşviq etməliyik.

- İslam Partiyası 20-ildir ki, fəaliyyət göstərir. Bu partiyaya münasibətinizi bilmək istərdik.

- Ədalət Partiyası ictimai həyatın bütün sahələrində ümumdövlət maraqlarından qaynaqlanan, müxtəlifliyin üstünlüyünü nəzərdə tutan plüralizmi qəbul edir. Çünki plüralizm cəmiyyətin hər bir üzvünə, qrupuna özünütəsdiq, məqsəd və maraqlarını həyata keçirmək üçün bərabər imkanlar yaratmaqla, bərabər hüquqlar verməklə ictimai inkişaf və tərəqqinin mənbəyi kimi çıxış edir. Bunları da nəzərə almaqla bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərən; vətəndaşları tərəfindən seçilmiş dünyəvi dövlət quruluşuna hörmətlə yanaşan partiyaların hamısının, o cümlədən İslam Partiyasının da fəaliyyətinə normal baxıram.

- Son illər din və vicdan azadlığı sahəsində ciddi problemlər yaşanmaqdadır. Aktiv dindarlar narkotika, silah ittihamıyla həbs edilir, təqiblər içində yaşayır. Bunun başlıca səbəbini nədə görürsünüz?

- Sualınızın birinci hissəsindəki yanaşma ilə tam razı deyiləm. Artıq bütün dünya Azərbaycanı tolerant ölkə kimi tanıyır və qəbul edir. Vətənimizdə müxtəlif dini cərəyanlar mövcuddur. Əgər əvvəllər dindarlarımızın əksər hissəsi lazımi səviyyədə dini biliklərə malik deyildilərsə, indi dinşünas alimlərimiz var, ali dini təhsil ocağımız -İslam Universiteti fəaliyyət göstərir. Bura köhnə məscidlərin bərpasını, yenilərinin tikilməsini və sairəni də əlavə etmək olar, eyni zamanda görüləsi işlər də var.
O ki qaldı sizin vurğuladığınız qanunsuz həbslərlə bağlı məsələ, hüquqşünas olduğuma görə bu kimi faktlara yalnız hər hansı cinayət işinin mahiyyətiylə tanış olandan sonra fikir bildirə bilərəm. Ümumillikdə qeyri-qanuni həbsləri qəbulolunmaz hesab edirəm, çünki vətəndaşların dövlətə olan inamına zərbə vurur. Məşhur kəlam var: dövlət iki halda sarsılır - cinayətkar cəzasız qalanda və günahsız təqib olunanda.

- Bəzi analitiklərə görə, iqtidar məqsədyönlü şəkildə İranla gərgin münasibətlər atmosferi nümayiş etdirir ki, 2013-cü il seçkisində Qərbin dəstəyini ala bilsin. Yəni guya ölkədə İslam, İran təhlükəsi var və Əliyev iqtidarı buna sinə gərir. Bu versiyaya münasibətiniz...

- Əvvəla, hesab edirəm ki, Azərbaycan təkcə İranla yox, bizimlə düşmənçilik edən Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə normal, mehriban, qarşılıqlı inama və hörmətə əsaslanan münasibətlər qurmalı və bunda maraqlı olmalıdır. Eyni zamanda qonşularımız da həmin niyyətdə olub bizlərə yuxarıdan aşağı baxmamalıdırlar. İkincisi, inanmıram ki, hakimiyyət İranla münasibətləri şüurlu şəkildə gərginləşdirsin. Təbii, qarşılıqlı qıcıq doğuran məsələlər var. Məsələn, heç kimə sirr deyil ki, İran Azərbaycanın müstəqil, çoxşaxəli siyasətindən narahatdır. Azərbaycanda isə çoxları İranda yaşayan azərbaycanlıların vəziyyətindən, Xəzərin hüquqi statusunun qeyri-müəyyənliyindən, İranın işğalçı Ermənistana ən müxtəlif sahələrdə yardım etməsindən narahatdırlar. Xüsusən sonuncu – İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Ermənistanla dostluq münasibətləri qurması və hərdən bunun nümayişkaranə şəkildə gözə soxulması doğrudan da başadüşülən deyil - İslam dəyərlərinin daşıyıcısı olduğunu bəyan edən dövlətin bu siyasəti həm həmin dəyərlərə ziddir, həm də həmin missiyanın özünü ciddi şübhə altına alır. Niyə xristian dünyası Qarabağ məsələsində ermənilərlə əlbirdir, müsəlman İransa bizi təhdid etməklə yanaşı hətta düşmənlərimizə dəstək verir? Belə addımların mahiyyəti müqəddəs Quranımızda izah olunub. Bununla belə, bunlar müzakirə edilə və həll oluna bilən problemlərdir. Yeri gəlmişkən, bu yaxınlarda İran prezidenti Azərbaycanın dövlət başçısına dəvət məktubu göndərib və bizim prezident də həmin dəvəti qəbul edib. Yəqin ki, görüşərkən dövlət başçıları mövcud mübahisəli məsələləri də müzakirə edib, müəyyən razılığa gələcəklər.

Qaldı hakimiyyətin 2013-cü ildə guya islam amilini qabartmaqla Qərbin dəstəyini almaq istəməsi, bu da inandırıcı deyil. Ən azı ona görə ki, prezident kürsüsünə iddialı olan hər bir kəs vətəndaşlarının dəstəyini qazanmalıdır. Xalqın dəstəyini qazanmış şəxsi hamı qəbul edir.

- AİP-in Nizamnamə və Məramnaməsində dünyəvi dövlətçilik prioritetdir. Belə partiya ilə paralel siyasi fəaliyyət göstərmək, ümumi hədəfə doğru hərəkət etməkdə Sizə nə mane olur ?
- Ədalət Partiyası Azərbaycan dövlətçiliyini qoruyan, ərazi bütövlüyümüz uğrunda vuruşan, qanunun aliliyi prinsipi ilə fəaliyyət göstərən, Vətəninin gələcəyi üçün çalışan, ümümmilli məsələləri qrup maraqlarından üstün tutan bütün qüvvələrlə səmimi əməkdadaşlığa hazırdır. AİP tərəfindən heç kim əməkdaşlıq təklifiylə bizə müraciət etməyib. Eyni zamanda AİP-in əsl hədəfləri bizə tam aydın deyil.

- Sizcə, Azərbaycan İslam Partiyasının fəaliyyəti nə dərəcədə lazımlıdır?

- Siyasi partiyalar, bir çoxlarının düşündüyü kimi, təkcə hakimiyyətə can atmaq mexanizmi deyil, həm də ölkədə demokratik institutların qurucusu və qoruyucusu, bu məqsədlə insanların demokratik proseslərə qoşulmasına nail olmaq vasitəsidir. Bu vasitədən yararlanmağa hər bir vətəndaşın haqqı var. Nəzərə alsaq ki, İslam Partiyası da cəmiyyətimizin müəyyən bir kəsimini təmsil edir, deməli, bu həm də onların haqqıdır.
Bununla yanaşı, bir çox məsələlərlə bağlı İslam Partiyasının mövqeyi, şəxsən mənim özüm üçün də qaranlıqdır. Ona görə də yaxşı olardı ki, partiya rəhbərliyi deyilənləri nəzərə alıb, bu streotipləri dağıtmaq barədə də düşünsün. Onda heç indiki sualların çoxuna cavab axtarmağa ehtiyac da qalmayacaq.