“İsmayıl Ömərovu vicdansız Mirşahinlə müqayisə etmək olarmı?” - Qalmaqal

ismayil-omerovu-vicdansiz-mirsahinle-muqayise-etmek-olarmi-qalmaqal
Oxunma sayı: 711

Artıq KİV-də də xəbər verildiyi kimi, siyasi partiya təmsilçilərinin də qatıldığı bu teledebatdan sonra müxalifət düşərgəsinin bəzi nümayəndələri verilişin montaj olunmuş versiyasından narazı qalıblar. Onlar bu faktı xüsusi vurğulayıblar ki, müsahibələri senzuraya məruz qalıb və hakimiyyətin ünvanına səsləndirdikləri tənqidlərin çoxu efirə verilməyib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin də çıxışları senzuraya məruz qalıbmı? Onlar özlərini İTV-nin efirində nə qədər sərbəst hiss ediblər?

Bu suallarla bağlı E.Fətullayevin “Qafqazinfo”ya verdiyi açıqlamanı təqdim edirk: “Düzünü deyim ki, teledebatın bu formatda keçirilməsi mənim üçün böyük sürpriz oldu. Çünki mən Azərbaycanda bir televiziyanın efirində bu qədər sərbəst və canlı söhbətin olacağını gözləmirdim. Doğrudur, bu, birbaşa, canlı efir deyildi. Amma mənim çıxışımı bütövlükdə tam olduğu kimi verdilər. Baxmayaraq ki, mən vətəndaşların mülkiyyət hüququnun total şəkildə pozulmasından tutmuş ta Avropa Məhkəməsinin qərarlarının ölkədə icra olunmamasına qədər ən ciddi və ağrılı problemlərə toxunmuşdum. Burada təcrübəli jurnalist olan teleaparıcı Anar Yusifoğlunun peşəkarlığını və obyektivliyini xüsusi vurğulamaq istəyirəm. O, çıxış üçün hamıya bərabər imkanlar yaratdı və bizim hakimiyyəti tənqid etmək hüququmuzu heç bir yolla məhdudlaşdırmadı. Mən bunu çox müsbət tendensiya sayır və bu cür dialoqun davamlı olacağına ümid edirəm.

Bundan əlavə, İTV ilə digər telekanalların efiri arasındakı fərqi görmək çox vacibdir. Bizə bəlli olan siyasi gerçəkliklərdən irəli gələn siyasi təzyiqlərə və imkanlarının məhdudluğuna baxmayaraq İTV qalan telekanallara baxanda daha vicdanlı mövqe tutur.

Məsələn, mən İTV rəhbəri İsmayıl Ömərovun bir addımını heç vaxt unutmaram. O, bir vaxtlar vicdansız Mirşahinin mən həbsdə olanda hakimiyyətin sifarişi ilə haqqımda çəkdiyi çirkin və sifarişli süjeti efirə verməkdən imtina etmişdi. İndi İsmayıl Ömərovu vicdansız Mirşahinlə müqayisə etmək olarmı?”.